16.04.2025, 05:43
AZ EN
15.04.2025, 17:48 106

Zəngəzur dəhlizini istəməyən başqa ölkələr də var

XƏBƏRLƏR
  • "Zəngəzur dəhlizinin açılmasını istəməyən başqa ölkələr də var. Ordubadla Zəngilan arasında yerləşən dəhlizin uzunluğu cəmi 40 kilometrdir. Amma Zəngəzur dəhlizi 40 ildir bağlıdır".

"Vətən səsi" xəbər verir ki, bunu Milli Məclisin deputat Erkin Qədirli TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında bildirib. O, qeyd edib ki, Zəngəzur dəhlizinin bağlı qalmasının başlıca səbəb Ermənistandır: "Amma Zəngəzur dəhlizinin açılmasını istəməyən başqa ölkələr də var. O yolun açılmasını niyə istəmirlər? Çünki Zəngəzur dəhlizin "Turan yolu" olduğunu anladıqlarına görə istəmirlər. İpək yolu adlandırılan çox qədim ticarət yolunun təhlükəsizliyini türklər qoruyub”.

Erkin Qədrli onu da xüsusi vurğulayıb ki, Ermənistan hazırkı vəziyyətdə Zəngəzur dəhlizinin əleyhinə olan ölkələr yanında çox kiçikdir. Bununla belə, o, hesab edir ki, Türkiyə həmin dəhlizlə bağlı tarixi missiyasını lazımi şəkildə yerinə yetirə biləcək: "Bəziləri qapalı görüşlərdə bunu açıq deyirlər. Tarixə baxdıqda "İpək yolu"nun təhlükəsizliyini də türklər qoruyub. Hansısa beynəlxalq təşkilat bundan məsul olmayıb. Türk dövlətlərinin geopolitik önəmini azaltmaq üçün müxtəlif addımlara əl atırlar. Zəngəzur dəhlizinin açılmasını əngəlləyən dövlətlər Ermənistandan qat-qat güclüdür. Bizim ortaq tariximizi zaman-zaman bizdən asılı olmayan səbəblərdən arakəsmələrlə inkişaf edib. Təhlükəsizlik duyumumuz başqa inkişaf meyarlarından güclü olub. Hər zaman müstəqillik və təhlükəsizlik bizim üçün əsas dəyərdir. Bunun da yan təsiri olub. Bu iki məhfumu o qədər üstün tutmuşuq ki, bəzi sahələrdə geri qalmışıq".

Elxan SALAHOV

 

Oxşar xəbərlər