19.04.2025, 19:35
AZ EN
15.04.2025, 13:02 182

Hulusi Akar: Azərbaycanın Ermənistanla imzalayacağı sülh müqaviləsi bütün ölkələr üçün faydalı olacaq

XƏBƏRLƏR
  • Azərbaycanın Ermənistanla imzalayacağı sülh müqaviləsi bütün ölkələr üçün faydalı olacaq. 

Bunu Türkiyə parlamentinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin Bakıda keçirilən ikinci iclasında deyib.

Türkiyəli deputat xatırladıb ki, Azərbaycan torpaqlarının 20 faizi işğal edildi, 1 milyona yaxın insan məcburi köçkün düşdü, Xocalı faciəsi törədildi, ancaq dünya bütün bunlara susdu: 

"Ona görə də türk dövlətlərinin özlərindən başqa dostu yoxdur. Biz birliyimizi gücləndirməliyik. Bundan sonrakı dövr üçün Azərbaycanla Ermənistan arasında yalnız sülh müqaviləsi həll edilməmiş qalıb. Cənubi Qafqazda imzalanacaq sülh sazişi bütün ölkələr üçün faydalı olacaq. Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR