Bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ifadə edib.
Gələn il TDT-yə sədrliyin Azərbaycana keçəcəyini xatırladan ağsaqqal deyib: “TDT digər beynəlxalq təşkilatlarla müqayisədə daha gəncdir. Lakun buna baxmayaraq, gördüyü işlər 50 illik fəaliyyətdən də çoxdur. Bu təşkilatda Türkiyə ilə Azərbaycanın çox böyük xidmətləri var. Bu illər ərzində TDT çərçivəsindəki fəaliyyətlərimizdə də heç bir fikir ayrılığı yaşamadıq. Bunun ən böyük səbəblərindən biri də aramızda heç bir ziddiyətin olmamasıdır. Türkiyə ilə Azərbaycanı bu qədər yaxın edən həm də ortaq dilimiz, əlifbamızdır. Digər türkdilli ölkələrlə anlaşa bilməmiz üçün isə ortaq əlifbanın tətbiqi ilə bağlı artıq iki ildir aktiv işlər həyata keçirilir. Fikrimcə, bu ünsiyyət maneəsinin aradan qaldırılması əlaqələrəimizi daha da genişlədəcək. Biz bir ailəyik, Türk ailəsinin birliyinin daha da möhkəmlənməsi isə dünyada rifahın, əmin-amanlığın artması deməkdir”. (AZƏRTAC)