Ə.Ələkbərli bu barədə 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Qlobal idarəçilikdə parlament diplomatiyası” mövzusunda paneldə danışıb.
O deyib ki, türk-müsəlman əhali XX əsrdə bir neçə dəfə sistemli şəkildə məcburi deportasiyaya məruz qalıb və hazırda Ermənistandakı dədə-baba torpaqlarında bir azərbaycanlı belə qalmayıb:
“1987-91-ci illərdə sonuncu deportasiya dalğasında 300 mindən çox Azərbaycan türkü öz ata-baba yurdundan məqsədyönlü şəkildə didərgin salındı, tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri məhv edildi. Bununla həm də bəşəriyyətin maddi-mənəvi irsinə külli miqdarda ziyan vuruldu".
Ə.Ələkbərli əlavə edib ki, Qərbi Azərbaycan problemi regional müstəvidən çıxıb.
"Biz silahlı münaqişə nəticəsində öz torpaqlarımızdan qovulduq. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsi təsdiq edir ki, hər insanın öz ölkəsinə qayıtmaq hüququ var. Amma Ermənistan bu qanunları pozur. Halbuki rəsmi Bakı vaxtilə ölkəmizdə yaşayan, vətəndaşımız olan ermənilərin qayıtma hüququnu tanıyır”, - o vurğulayıb. (Report)