Bu sözləri müsahibəsində gürcü politoloq, David Kuxalaşvili söyləyib.
Onun sözlərinə görə, əgər hələ də istifadə olunmayan ərazilərdə minalar və partlayıcı qurğular varsa, bu, yatmış terrorizm deməkdir.
Politoloq deyib: “Mən işğaldan azad olunmuş, lakin hələ də minalardan təmizlənməmiş əraziləri nəzərdə tuturam və burada söhbət konkret olaraq Azərbaycana aid olan ərazilərdə ermənilər tərəfindən montaj olunmuş partlayıcı qurğulardan gedir. Düzdür, bu partlayıcılardan hələ ki, aktiv istifadə etmək mümkün deyil. Lakin bu o demək deyil ki, təhlükə yoxdur. Əksinə, bu o deməkdir ki, müharibə və terrorizm bu yolla hələ də davam edir. Bu minaları konkret ərazilərdə yerləşdirən ölkə partlayıcı qurğuların ərazilərə yerləşdirilməsi ilə bağlı sxemləri, xəritələri təhvil vermirsə, bu o deməkdir ki, həmin dövlət hələ də terrorizmi həyata keçirir. Bu yaxınlarda yenə partlayış hadisəsi baş vermişdi, düzdür, müharibə deyildi, ancaq yenə də bu hadisədə dinc sakinlər zərər gördülər. Bu partlayıcı qurğular yatmış terrorizm olsa da, aktiv faza olaraq qalmaqda davam edir”, – deyə Kuxalaşvili vurğulayıb. (AZERTAC)