09.06.2025, 03:31
AZ EN
07.04.2025, 15:15 296

David Babayan: "Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik"

XƏBƏRLƏR
  • Bakı Hərbi Məhkəməsində bu gün davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs – David Babayan dövlət ittihamçısının sualını cavablandırarkən etiraf edib ki, vaxtilə işğal altında olan ərazilərdə yaşayan erməni sakinlərinin Azərbaycana inteqrasiyasına qarşı olub.

O, “inteqrasiya mümkünsüz idi” deyib.

D.Babayan digər təqsirləndirilən şəxslər – Arayik Harutyunyanın, Ruben Vardanyanın, habelə qondarma rejimin başqa “vəzifəli” şəxslərinin də inteqrasiya əleyhinə olduğunu etiraf edib.

“Heç bir “vəzifəli” şəxs belə bir inteqrasiyanın perspektivini görmürdü”, - deyə o bildirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər