Rusiya ümid edir ki, Qarabağla bağlı vəziyyət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə başa çatacaq. Rusiya parlamentinin Federasiya Şurasının sədri Valentina Matviyenko belə deyib.
"Biz ümidvarıq ki, bu vəziyyət məhz sülh müqaviləsi ilə başa çatacaq. Biz bunu həqiqətən arzulayırıq", - deyə V.Matviyenko bildirib. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da qeyde dib ki, Moskva ümid edir ki, Qarabağdakı gərginlik Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı çərçivəsində tənzimlənəcək.