02.08.2025, 07:27
AZ EN
18.03.2025, 14:08 212

Sülh onda olacaq ki... - Ermənistana mesaj

XƏBƏRLƏR
  • "Azərbaycanla Ermənistan sülh sazişinin mətninin razılaşdırılması tarixi hadisədir. İlk dəfə olaraq iki ölkə siyasətçiləri bütün müdəalarla bağlı aralarında olan məsələlərə aydınlıq gətirirlər. Bu, böyük bir yolun qısa zamanda qət edilməsi deməkdir. Bundan sonra növbə yeni məhlədədir. Yeni mərhələdə isə digər məsələləri həll etmək mümkün olar".

"Vətən səsi" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov sülh sazişi layihəsində əksini tapmış 17 bəndin hamısının tərəflər arasında razılaşdırılmasını şərh edərkən bildirib. O, qeyd edib ki, əgər 17 bəndlik sülh mətni ilə bağlı razılıq əldə olunubsa, digər məsələlərin də həllini tapması elə də uzaqda olmamalıdır: "Sülh razılaşmasında rəsmi Bakı tərəfindən irəli sürülən prinsipial məsələlərlə bağlı İrəvan üzərinə öhdəlik götürür. Azərbaycan isə həmin məsələlərin təkcə sözdə deyil, praktiki olaraq həllini istəyir. Hətta hüquqi sənəd imzalansa belə, bunun işlək olub-olmaması gündəlikdə qalır. Ona görə də İrəvan bu reallığı sülh müqaviləsi imzalanana qədər sübut etməlidir".

Bununla belə, politoloq hesab edir ki, sülh sənədinin izalanması uzunmüddətli prosesdir. Onun fikrincə, Ermənistan həqiqətən də Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyirsə, konstitusiyanı dəyişdirilməsilə bağlı tezliklə qərar verməlidir: "Bunun üçün referendum keçirilməlidir ki, . Ermənistan hakimiyyəti ilə yanaşı erməni cəmiyyəti də Azərbaycanla sülh müqaviləsinə, ona qarşı ərazi iddiasının olmamasına “hə” demiş olsun. Belə olsa gələcəkdə Ermənistandakı siyasi hakimiyyətlər hüquqi sənəd ətrafında cığallıq edə bilməyəcək. Bunu nəzərə alaraq erməni cəmiyyətinin psixologiyasına yaxşı bələd olan Azərbaycan sülh mətninin həm də onlar tərəfindən qəbul edilməsinin tərəfdarıdır".

Zaur Məmmədov bildirib ki, sülh sazişi imzalanmazdan əvvəl Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımlar atmalıdır. Həmçinin şərti sərhəddə üçüncü tərəflərin bölgəyə yerləşdirilməsi kimi məsələlər də həllini tapmalıdır: "Bu konponentlərlə bağlı razılığa gəlinməyəcəksə, sülh müqaviləsinin bağlanması kimi yeni müharibənin başlanması ehtimalı da əlli-əliyədir. Ona görə ki, Ermənistan suveren dövlət deyil və o daimi başqalarının təsiri altına düşür. Son zamanlar ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında münasibətlərin istiləşməsi Cənubi Qafqaz ətrafında son üç ildə olan geosiyasi vəziyyətə təsir edib. Son bir ayda olanlar isə göstərdi ki, Ermənistan yenidən cinahını dəyişə bilər. Belə olan halda bölgə üçün də maraqlı hadisələrin baş verəcəyi pronozlaşdırılır. Heç kim zəmanət verə bilməz ki, sabah Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq və yaxud yeni müharibə başlayacaq. Buna görə də Paşinyan səmimi olmalı sülh istədiyini şərtlərə əməl etməklə təsdiq etməlidir".

Elxan SALAHOV

Oxşar xəbərlər