21.07.2025, 18:49
AZ EN
18.10.2022, 13:36 644

Azərbaycandan Paşinyana sərt cavab

XƏBƏRLƏR

Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Azərbaycan Ermənistan sərhədində üç keçid məntəqəsini açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsi hazırdır. Ermənistanın baş naziri Nikol Paşinyan öz tivitir təhifəsində belə yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin buna cavabı isə gecikməyib: ”Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyannaməyə əsasən Zəngəzur dəhlizi ilə avtomobil, dəmir yollarının biləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün 3 qeyri-real versiya təklif etmək yaxşı siyasət deyil. Millət vəkili Hikmət Babaoğlu məsələyə münasibətini belə ifadə edib: “Paşinyanın təklif etdiyi 3 nəzarət keçid buraxılış məntəqəsinin heç biri Zəngəzur dəhlizinə aid deyil. Onlardan biri Laçın, Gorus, Biçənək aşırımı, Şahbuz-Naxçıvan marşrutudur ki, bu real marşrut deyil. Çünki təqribən ilin yarısından çoxunu bu marşrutdan istifadə etmək mümkün deyil. İkinci marşrut Tovuz, Bert, Dərələyəz, Sədərək üzərindən Naxçıvana keçən marşrutdur ki, bu da relyefinə görə keçilməsi çox çətin və uzun bir marşrutdur. Nəhayət, üçüncüsü, Qazax, Dilican, yenə Dərələyəz, Vedibasar və Sədərək üzərindən Naxçıvana olan marşrutdur ki, bu da çox uzun və dolayı bir marşrut olduğna görə burdan da istifadə etmək mümkün deyil. Burda da ermənilər maneəsiz keçiddən kənar hər hansı bir hüquqi rejim nəzərdə tuturlarsa, biz onda, əlbəttə ki, eyni hüquqi rejimi Laçın dəhlizinə də tətbiq edəcəyik”. 

 

Hazırladı: Tahirə AĞAMİRZƏ

 

Oxşar xəbərlər