Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X”də paylaşım edib.
Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi müzakirə mövzusu olub.
H.Hacıyev, həmçinin Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb. Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb. (Report)