"Vətən səsi" xəbər verir ki, o, prokurorun “Böyük Ermənistan” ideologiyası ilə razısınızmı?” sualına cavabında bu ideyanı nağıl adlandırıb: “Böyük Ermənistanla” bağlı... Çoxdandır nağıllara inanmıram. “Böyük Ermənistan” ideyası nağıldır. Mən real həyatda yaşayıram, mən heç vaxt buna real yanaşmamışam".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Xatırladaq ki, ixtisasca filoloq olan Arkadi Qukasyan bir müddət Qarabağda jurnalist kimi fəaliyyət göstərib. O, 1980-ci illərdə "Sovetakan Karabax" (Sovet Qarabağı") qəzetinin Baş redaktorunun müavini postunu tutarkən xalqlar arasında ədavəti körükləyib və "Miatsum" ideyasını təbliğ edib. Məhz bu fəaliyyət üzərindən "karyera" quran erməni cəllad 1988-ci ildə Qarabağda separatizm hərəkatının rəhbərlərindən olub. İndi Bakıda məhkəmə qarşısında çıxış edərək ""Böyük Ermənistan" ideyası utopiyadır, nağıldır" deyən Qukasyan bir vaxtlar qondarma "artsax"ın "Xarici işlər naziri", "Prezident" olub.
Elxan SALAHOV