Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən təşkil olunan itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatında qeyd olunub.
Onun sözlərinə görə, bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib:
"Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb". (Report)