20.04.2025, 02:15
AZ EN
03.03.2025, 09:51 241

Ermənistanla Türkiyə arasında sərhəd razılaşması...

XƏBƏRLƏR
  • Martın 2-dən etibarən Ermənistan-Türkiyə sərhədinə Rusiya hərbi kontingenti deyil, erməni əsgərləri nəzarət edəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə məlumatı Avropada yaşayan jurnalist Elbəyi Həsənli özünün "Facebook" səhifəsində məlumat yayıb. O, xatırladıb ki, Rusiya hərbi kontingentinin sərhəddən çıxarılacağını hələ bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da açıqlamışdı: "Daha əvvəl isə Rusiya hərbçiləri Ermənistan-İran sərhədinə nəzarətdən kənar edilmişdi. İrəvan Hava limanına da Rusiyanın nəzarətinə son qoyulub. Yəni Rusiya Ermənistanda öz mövqelərini itirə-itirə gedir”.

Bəs, Ermənistan-Türkiyə sərhədinə ermənilərin nəzarət etməsi nə deməkdir?

Jurnalistin fikrincə, Rusiya hərbi kontingentinin sərhəddən uzaqlaşdırılması o anlama gəlir ki, Ermənistan Türkiyədən hər hansı bir hərbi müdaxilə gözləmir. Onun fikrincə, əgər Ermənistan Türkiyədən hər hansı müdaxilə gözləsəydi, belə bir addım atmazdı: "Ermənistan-İran sərhədindən Rusiya hərbi kontingentinin çıxarılması da müsbət hadisədir. Bu, həm də o deməkdir ki, Ermənistan heç Azərbaycandan da Zəngəzur məsələsinə görə hərbi müdaxilə gözləmir. Gözləsəydi Rusiya qoşunlarını ərazidən çıxarmazdı. Ermənistan nə Türkiyədən, nə də Azərbaycandan hərbi müdaxilə gözləmirsə, deməli, tərəflər arasında anlaşma var. Sadəcə bu anlaşmanın münasib bir məqamda elan olunması qalıb”.

Xatırladaq ki, Ermənistanda bəzi dairələr tez-tez Azərbaycanın Zəngəzura hücuma hazırlaşdığına dair absurd iddialar səsləndirirdilər. Rəsmi İrəvanın bu həmləsi Bakının konstruktiv mövqe sərgilədiyini bir daha sübuta yetirir.

Yeri gəlmişkən, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bir neçə gün əvvəl Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclasının da mart ayında keçirilə biləcəyini söyləmişdi. O, tərəflər arasında hələ müzakirə edilməli olan məsələlərin qaldığını deməklə yanaşı Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarı bu məsələdə konsensusun olması ilə izah etmişdi.

Elxan SALAHOV

Oxşar xəbərlər