24.04.2025, 21:47
AZ EN
26.02.2025, 09:49 55

İran Zəngəzur dəhlizinə bir şərtlə razıdır ki...

XƏBƏRLƏR
  • İran Cənubi Qafqaz regionunda təsirini artırmaq, Azərbaycan, Ermənistan və Gürcüstanla dostluq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək istəyir. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı cizgilərini” mütəmadi olaraq xatırlatması da bu səbəbdəndir.

"Vətən səsi" xəbər verir ki, Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan Zəngəzur dəhlizinin region ölkələrinin maraqlarına təsir imkanlarını şərh edərkən belə deyib. O, bildirib ki, İran kənar ölkələrin iştirakı olmadan Zəngəzur dəhlizinin açılmasının əleyhinə deyil: “Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı imperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”.

Vardan Akopyan hesab edir ki, Amerika və Rusiya liderləri arasında əldə edilmiş razılaşmalar əsasında tərəflər arasında aparılan danışıqlar Qafqaz regionuna da təsirsiz ötüşməyəcək. Onun fikrincə, Tramp administrasiyası müəyyən razılaşmalarla Rusiyanın Cənubi Qafqazda hegemonluğuna razılıq verəcək: “ABŞ Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstin problemlərinin həllində Moskvanı yaxın buraxmayacaq”.

Elxan SALAHOV

 

Oxşar xəbərlər