Bu sözləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin 64-cü Milli Günü və 34-cü Qurtuluş Gününün ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
O bildirib ki, bu gün Azərbaycan və Küveyt arasında turizm münasibətlərinin inkişaf etməsi və qarşılıqlı səfərlərin sayının artması məmnunluqla müşahidə edilir: “İki ölkə arasında ortaq dəyərlər, Azərbaycanın inkişaf etmiş turizm infrastrukturu və ən vacibi, təhlükəsizlik faktoru Küveytdən ölkəmizə gələn turist sayında əhəmiyyətli artıma gətirib çıxarıb. Bu da insanlar arasında əlaqələrin inkişafına səbəb olub”.
“Azərbaycan və Küveyt arasında əməkdaşIıq əlaqələri təkcə ikitərəfli müstəvidə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam edir. Xüsusilə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər mühüm beynəlxalq platformalar daxilində fəal əməkdaşlıq aparılır", - deyə nazir müavini əlavə edib. (AZERTAC)