Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qarabağ savaşından sonra imzalanan anlaşmanın şərtlərini yerinə yetirmədiyi kimi, mütəmadi olaraq aqressiv davranış nümayiş etdirən Ermənistan tərəfi üçün bu münasibətin, əlbəttə ki, nəticələri olacaq. Ümidimiz Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsi, anlaşmanın şərtlərini sürətlə yerinə yetirməsi, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsidir. Bir daha şəhidlərimizi rəhmətlə yad edir, yaralılarımıza sağlamlıq diləyirəm. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına başsağlığı verirəm. (AZƏRTAC)