20.04.2025, 02:05
AZ EN
22.11.2023, 18:15 280

Rusiya KİV: “Azərbaycan Fransanın neokolonial siyasətinə qarşı mübarizəyə xüsusi diqqət yetirir”

XƏBƏRLƏR
  • “Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın həyata keçirdiyi neokolonial siyasətə qarşı mübarizəyə, onun qanunsuz əməllərinin beynəlxalq aləmdə ifşasına xüsusi diqqət yetirir”.

Bu barədə "Rossiya 24" kanalının reportajında deyilir.

Materialda Azərbaycan Prezidenti İlham Əliyevin sözləri xüsusi vurğulanır: “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Atlantik və Hind Okeanı regionunda, Latın Amerikasında onlarla ölkəni işğal etmiş, sərvətlərini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamışdır... Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda bizim regionumuzda – Cənubi Qafqazda stabilliyi pozur, separatizm meyillərini və separatçıları dəstəkləyir”.

Müəllif qeyd edir ki, Emmanuel Makronun bu yaxınlarda səfər etdiyi Özbəkistana Ermənistanla yanaşı, Fransa da təzyiq göstərir.

“Le Monde” nəşri yazır ki, beşinci respublika prezidentinin gördüyü ilk iş, uran tədarükündə Daşkəndin dəstəyini cəlb etmək oldu. Onun çatışmazlığı isə Nigerdəki çevrilişdən sonra Fransanın nüvə sənayesində xüsusilə nəzərə çarpır.

Bununla belə, hazırda getdikcə daha çox onun dənizaşırı əraziləri və keçmiş müstəmləkələri Fransa təsirindən qurtulur: “Fransadan təkcə son illərdə Əlcəzair, Mali, Burkina-Faso və Niger uzaqlaşıb. Bu tendensiya artmaqda davam edir. Qoşulmama Hərəkatı müstəqillik və bərabərlik prinsipləri əsasında mövcudluğunu öz kursunun əsası elan etmiş 120 ölkəni birləşdirir”. (Report)

Oxşar xəbərlər