04.02.2025, 13:58
AZ EN
04.02.2025, 09:32 108

ABŞ-ın Ermənistanda “həyati əhəmiyyətli” missiyası...

XƏBƏRLƏR
  • ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistanla bağlı "humanitar yardım proqramları" dayandırılmayıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə İrəvandakı News.am saytının sorğusuna cavab olaraq USAID-ın Ermənistandakı nümayəndəliyindən bildiriblər. ABŞ Prezidenti Donald Trampın USAID-ə ödənişləri dayandırması barədə göstəriş verdiyini xatırladan sayt qurumun İrəvandakı missiyasına Ermənistanla bağlı proqramlarının maliyyələşdirilməsinin dayandırılıb-dayandırılmadığını öyrənmək üçün sorğu göndərib.

“Dövlət katibi Marko Rubio həyati əhəmiyyətli humanitar yardımın göstərilməsini təsdiqləyib və xüsusi məqsədlər üçün göstərilən yardım üçün istisnalar edib. Artıq həyata keçirilən “həyati əhəmiyyətli humanitar yardım” proqramları Ermənistanda davam edir və davam etdiriləcək”, - deyə USAID-ın İrəvandakı missiyasından erməni mətbuatına bildirilib.

Məlumatda deyilir ki, USAID-ə istisnaların müəyyən edilməsi üçün müraciətlər daxil olur.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio USAID vasitəsilə əksər xarici yardım proqramların maliyyələşdirilməsinin 90 gün müddətinə dondurulması və yeni qrantların ayrılmasının dayandırılması barədə sərəncam imzalayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər