Bu fikirləri Ermənistan silahlı qüvvələrinin son genişmiqyaslı təxribatları ilə əlaqədar Ukrayna Analitik Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko söyləyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Ermənistan qoşunlarının təxribatlarına cavab verməyə məcburdur.
“Ermənistan qoşunları son bir ayda Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini atəşə tutsa da, Ermənistan tərəfi günahı Azərbaycanın üzərinə atmağa çalışır. Bu vəziyyətdə Azərbaycan qoşunları təxribatlara cavab vermək və Ermənistan ordusunun atəş nöqtələrini məhv etmək məcburiyyətində qalır. Belə vəziyyətdə başqa çıxış yolu yoxdur. Əgər Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına cavab verməsə, bu, onların regionda hadisələri daha da intensivləşdirməsinə gətirib çıxarar. Qarabağ problemi ancaq bu yolla həll oluna bilər ki, Ermənistan öz qoşunlarını bu bölgədən çıxarsın və onlara hərbi təxribat törətməyi qadağan etsin. Nə qədər ki, Ermənistan qoşunları Azərbaycan ərazisini atəşə tutmaqda davam edir, Qarabağda dinc həyat gözləmək olmaz”, - deyə ekspert Aleksandr Oxrimenko əlavə edib. (AZƏRTAC)