29.03.2024, 19:42
AZ EN
13.09.2022, 08:35 267

Ceyhun Bozkurt: Azərbaycan erməni təxribatına tutarlı cavabı ilə qətiyyətli mövqe nümayiş etdirir

XƏBƏRLƏR
  • Azərbaycan Silahlı Qüvvələri erməni təxribatına tutarlı cavab verəndə Paşinyan hər dəfə gah Putinə, gah da Makrona zəng edərək dəstək axtarır. Bu isə Ermənistanda dövlətin oturuşmadığını, başqa ölkələrdən asılı olduğunu göstərir.

Bunu türkiyəli jurnalist Ceyhun Bozkurt Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarını şərh edərkən söyləyib.

Ceyhun Bozkurt vurğulayıb ki, Azərbaycan Qarabağ savaşından sonra Ermənistana şans verdi, normallaşma prosesinə qədəm qoyuldu. Amma Ermənistan bunu dəyərləndirmək istəmir. Diasporun təsirindən çıxa bilmir. Ona görə də bu cür təxribatlara əl atır. Ancaq Azərbaycan bu təxribata tutarlı cavabı ilə qətiyyətli mövqe nümayiş etdirir. (AZƏRTAC)

Oxşar xəbərlər