21.02.2026, 03:14
AZ EN
20.02.2026, 19:50 199

Katsuya Vatanabe: Yaponiya Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişi alqışlayır

XƏBƏRLƏR
  • Yaponiya 2025-ci il avqustun 8-i keçirilən tarixi Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi alqışlayır.

Bu barədə Yaponiyanın Bakıdakı səfiri Katsuya Vatanabe Yaponiyanın dövlət bayramı - İmperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib.

Səfirin sözlərinə görə, 2025-ci il Azərbaycan və Cənubi Qafqaz regionu üçün həqiqətən tarixi il olub.

"Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən Cənubi Qafqazda dayanıqlı sülh naminə birgə bəyannamə imzalanıb. Yaponiya regionda dayanıqlı sülh və sabitlik yolunda atılan bu mühüm addımı alqışlayır", - o vurğulayıb. (Report)

Oxşar xəbərlər