09.06.2025, 03:17
AZ EN
06.01.2025, 17:30 211

Erməni jurnalist Azərbaycana qaytarılan 4 kənddən yazdı

XƏBƏRLƏR
  • Ermənistan hökuməti ötən ilin yazında sərhədlərin delimitasiyası çərçivəsində Azərbaycana qaytarılan 4 kəndlə bağlı həqiqətləri erməni xalqından gizlədir. Halbuki həmin kəndlər Azərbaycan və Ermənistan hökumətlərinin müvafiq komissiyaları arasında razılaşmaya uyğun olaraq təhvil verilib.  

“Vətən səsi" xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb. O, qeyd etiraf edib ki, həmin kəndlər Azərbaycan Respublikasına məxsusdur və delimitasiyanın birinci mərhələsində öz sahiblərinə qaytarılıb: "2024-cü il əvvəlki illə müqayisədə Ermənistan üçün ən sakit il kimi yadda qalsa da, ərazi itkilərimiz oldu. Çünki sovet Azərbaycanına məxsus olan bəzi ərazilər 2024-cü ildə onlara geri qaytarıldı. Halbuki indiyədək həmin ərazilərdə ermənilər yaşayırdı, oralara Ermənistan nəzarət edirdi. İrəvan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini rəsmi şəkildə Azərbaycana təhvil verməklə həmin ərazilər birdəfəlik itirildi. Delimitasiya komissiyalarının apardığı danışıqların nəticəsi olaraq biz həm də həmin kəndlərə qonşu olan ərazilərin demək olar ki, yarısını da itirdik. Noyemberyan-İrəvan və Gürcüstana gedən dövlətlərarası yollar əlimizdən çıxdı. Qonşu kəndlərdən yeni yollar çəkildi. İndi isə deyirlər ki, ötən il ərazi itirməmişik. Erməni xalqı həqiqəti bilməlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər