ABŞ rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri və Vaşinqtondakı diplomatik korpusdan Azərbaycan səfirliyinə təyyarə qəzası ilə əlaqədar başsağlığı mesajları daxil olmaqdadır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dekabrın 26-nın ölkə ərazisində matəm günü elan olunması səbəbindən ölkəmizin Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində dövlət bayrağı yarıya qədər endirilib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. (Report)