23.12.2024, 14:30
AZ EN
23.12.2024, 10:25 153

Mərhələli delimitasiya: növbədə Kərki kəndidir

XƏBƏRLƏR
  • Ermənistanın işğalı alında qalmış anklav və eksklav kəndlər, mübahisəli ərazilər məsələsi tezliklə həll ediləcək. Sərhədlərin delimitasiyası prosesinin növbəti mərhələsində Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin Azərbaycana qaytarılması planlaşdırılır.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyan bildirib. O, 1919-cu ildə məşhur britaniyalı detektivlərdən birinin ABŞ qəzetinə verdiyi müsahibənə istinad edərək deyib ki, bəzi qərb ölkələrindən fərqli olaraq, ABŞ və Britaniya Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Bunun üçün isə Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrinə birdəfəlik son qoyulması vacib şərtlərdən biri hesab olunur.

1992-1993-cü illərdə Ermənistanın baş naziri, 1996-1998-ci illərdə baş nazirin müşaviri, 1999-2000-ci illərdə isə ərazi idarəsi naziri olmuş Xosrov ermənilərin faktiki yaşadığı və yaşamadığı ərazilər məsələsində fərqli yanaşmalar həmişə olub və indi də var. O, xatırladıb britaniyalı dedektivin ABŞ mətbuatına məşhur müsahibəsində bu məsələdən bəhs edilib və orada Ermənistanın parçalanmasndan söhbət gedirdi: “Həmin detektiv Ermənistanın iki yerə parçalanmasından danışırdı. İndi bu proqram köhnəlibmi və ya aktuallığını itiribmi? – bunu heç kəs deyə bilməz”.

Keçmiş baş nazir  hazırkı hökumətdə əsas söz sahiblərindən sayılan Mqer Qriqoryan delimitasiya ilə bağlı bu yaxınlarda söylədiyi fikirlərə münasibət bildərəkən deyib ki, çox tezliklə Kərki kəndini də Azərbaycana qaytaracaq: “Nikol Paşinyanın müavini Miqer Qriqoryan demarkasiyanın növbəti mərhələsi ilə bağlı müzakirələr getdiyini söyləmişdi. Əminəm ki, növbəti mərhələ Tiqranaşendən (ermənilər eksklav kimi işğal altında saxladığı Kərki kəndini belə adlandırır– red.) başlayacaq. Biz Tiqranaşeni Azərbaycana təhvil verəcəyik. Bundan sonra həmin kənd hərbi bazaya çevriləcək və Sünikə (Zəngəzur – red.) gedən yol da azərbaycanlıların nəzarətində olacaq”.

Xatırladaq ki, hazırda Azərbaycanın Ermənistan ərazisində 4 eksklav kəndi qalıb - 3-ü Qazax rayonuna, 1-i Naxçıvana aiddir. Ermənistanın isə Azərbaycan ərazisində bir anklavı var - Başkənd. Prezident İlham Əliyev eksklavlarla bağlı məsələdən danışarkən "kimə nə məxsusdur özünə qaytarılacaq" tezisini irəli sürüb.

Elxan SALAHOV

Oxşar xəbərlər