Bu barədə Gürcüstan bürosuna parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə çatıb və davamlı olaraq möhkəmlənir:
"Hər iki ölkə beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edir. Ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir". (Report)