O, bu barədə özünün instaqram səhifəsində paylaşım edib.
“Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya sonsuz təşəkkür edirəm. Medalım Azərbaycana ərmağan olsun", - deyə 49 kiloqramda qitə çempionu olan Bektaş paylaşımında yazıb.
Qeyd edək ki, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngörün ilə görüşüblər. (Trend)