20.12.2024, 21:47
AZ EN
20.12.2024, 15:07 51

Paşinyan: "Avropalı müşahidəçilər sərhəddən onda uzaqlaşdırılacaq ki..."

XƏBƏRLƏR

“Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təkliflər bir aydan çoxdur ki, Azərbaycana göndərilib”.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə açıqlamasında söyləyib. O, Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə müzakirələr müntəzəm şəkildə qoşulduğunu və mümkün qədər konstruktiv təşəbbüslər irəli sürdüyünü də iddia edib.

Paşinyan bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun buraxılmalı olduğu barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib. O, Azərbaycan liderinin Minsk Qrupu barədə dediklərini  konstruktiv ideya adlandırıb və deyib ki, bu qurumun fəaliyyət göstərməsinə ehtiyac yoxdur: “Əgər münaqişə yoxdursa, onda münaqişənin həlli ilə bağlı formatın qalmasının nə mənası var?”

Nikol Paşinyan sərhəddən üçüncü qüvvələrin, yəni, Ermənistandakı Avropa müşahidə missiyasının regionda qalma müddətinin uzadılmaması barədə çağırışlardan da danışıb. O, qeyd edib ki, Ermənistan Qərb ölkələrinin nümayəndələrinin Azərbaycanla sərhəddə müşahidə aparmasında pis bir şey görmür. Lakin Azərbaycan və digər qonşu ölkələr bundan narahatdırsa, missiyanın mandatı uzadılmaya bilər: "Biz Azərbaycan tərəfinin və digər qonşularımızın çağırışlarını başa düşürük. Hətta onların sərhəddən uzaqlaşdırılması tələbinə də normal yanaşırıq. münasibət bildirib. Amma Avropa müşahidə missiyasının bölgədən çıxarılması üçün əvvəlcə sərhədlərin demarkasiyası başa çatdırılmalıdır. Bu da bizim şərtimizdir. Biz üçüncü dövlətlərin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı müddəanın Ermənistan - Azərbaycan sərhədinin demarkasiya olunmuş hissələrinə aid olunmasını təklif edirik və bu, məntiqlidir. Çünki demarkasiyaya görə bu hissələrdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalır, hətta minimuma endirilir. Beləliklə, sərhədin tam demarkasiyasından sonra Ermənistan - Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası belə bir məntiq təklif edir”.

Elxan SALAHOV

Oxşar xəbərlər