20.12.2024, 18:47
AZ EN
20.12.2024, 11:12 206

Rəşid Rumzadə: Azərbaycan II Qarabağ müharibəsi zamanı saxlanılan erməni hərbçilərin ailələri ilə əlaqələrini tam təmin etmişdi

XƏBƏRLƏR
  • Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı saxlanılan erməni hərbçilərin ailələri ilə əlaqə yaratmasını tam təmin etmişdi. Ermənistan isə saxlanılan azərbaycanlıları bu hüquqlarından məhrum qoymuşdu.

Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, saxlanılan azərbaycanlılar geri qayıdana qədər ailələri ilə əlaqə saxlaya bilməyiblər:

“Halbuki beynəlxalq hüquq normalarına tam əməl olunmalı, qarşı tərəf öz öhdəliklərini yerinə yetirməli idi. Dövlət saxlanılan şəxsin milli və beynəlxalq səviyyədə hüququnu təmin etməlidir. Biz Azərbaycanda saxlanılan şəxslərə Ombudsmana müraciət etmək imkanı da yaratmışdıq. Başçəkmələr edərək həmin şəxslərin saxlanma şəraitləri ilə tanış olur, konfidensiallığı qorumaqla üzləşdikləri məsələləri dinləyirdik”.

R.Rumzadə əlavə edib ki, 2021-2023-cü illər ərzində Ombudsman Aparatı və Milli Preventiv Qrup tərəfindən ümumilikdə 732 başçəkmə həyata keçirilib:

“2021-ci ildə 184, 2022-ci ildə 201, 2023-cü ildə isə 347 başçəkmə olub”. (Report)

Oxşar xəbərlər