“Vətən səsi” xəbər verir ki, bu barədə Vardanyan ailəsinin beynəlxalq hüquq müşaviri Jared Genser açıqlayıb. O, qeyd edib ki, Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20 müxtəlif maddəsi ilə ittiham olunur. Onun törətdiyi cinayətlər üzrə toplanmış materiallar 100 cilddə təqdim olunub ki, bunun da ümumi həcmi təxminən 25 000 səhifədir: “Görünən odur ki, Azərbaycan torpaqlarında separatçılıq edən erməni milyarder Ruben Vardanyan barəsində ömürlük həbs cəzası veriləcək. Amma hələ ki, istintaq başa çatmayıb və məhkəmə başlamamış bu barədə qəti fikir söyləmək mümkün deyil”.
Xatırladaq ki, Ruben Vardanyan və onun separatçı dostları ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı saxlanılıb. Qarabağda separatçılıq fəaliyyəti göstərmiş 10 nəfər erməni cinayətkar antiterror tədbirlərindən sonra həbs edilərək Bakıya gətirilib və hazırda onların istintaqı davam edir. Bunlar Araik Arutyunyanın, Ruben Vardanyanın, Davit Babayanın, Arkadi Qukasyanın, Bako Saakyanın, David İşxanyanın, Davit Manukyan, qondarma rejimin sabiq “müdafiə naziri” Levon Mnatsakanyan, qondarma “Dağlıq qarabağ Respublikası”nın “milli qəhrəmanı”, “general-leytenant” Arşavir Qaramyan və Xocalı qatili Vaqif Xaçatryandır.
Elxan SALAHOV