“Vətən səsi” xəbər verir ki, bunu jurnalistlərlə söhbətində rusiyalı politoloq Sergey Markedonov deyib. Onun sözlərinə görə, Aralıq dənizində Fransa ilə Türkiyə arasında problemlər var Cənubi Qafqaz regionundakı proseslərə də təsirsiz ötüşmür: “Türkiyə Fransanın Liviya və Suriyadakı ambisiyalarına çox müsbət yanaşmır. Amma bu o demək deyil ki, Ermənistandakı daxili təhlükəsizlik məsələləri Fransa üçün maraqlardır. Parisdə çox az şey dəyişəcək, amma Rusiya Qafqazda nəsə dəyişə bilər. Fransa üçün bu, bir tapmacadır. Xoşunuza gəlmirsə, ayrılırsınız. Amma biz buradan ayrıla bilmərik. Fərq budur”.
Rusiyalı ekspert əlavə edib ki, Fransa Ermənistanı daha çox himayə edir və bu, sözdə deyil, real tədbirlərlə, beynəlxalq siyasi və humanitar dəstlə özünü göstərir. Onun sözlərinə görə, Makron hakimiyyəti Ermənistana münasibətdə rəsmi Moskvadan daha yaxşı yumşaq güc oynayır: “Ancaq bu xoş sözlər heç bir reallığa çevrilmir. Rusiyada çoxlu erməni işləyir, pul köçürmələri var, mühüm əmək bazarı var”.
Elxan SALAHOV