Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məsələdə yekun müsbət qərar yoxdur.
Nazir bildirib ki, Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir:
"Dəmiryolu tikintisinin böyük hissəsi artıq başa çatıb, digər hissəsi ilə bağlı işlər görülür. Eyni zamanda İranla əldə olunmuş razılığa əsasən, Araz çayı üzərində körpünün tikintisi davam etdirilir. Yəni Azərbaycanın qərb sərhədi ilə Naxçıvan arasında İran üzərindən marşrutun inşası üzrə işlər görülür".
"Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi, həmçinin qısa marşrut, yəni Ermənistan ərazisi üzrə dəhlizin açılması razılaşmanın rəsmi İrəvan tərəfindən tam yerinə yetiriməsindən asılıdır", - C.Bayramov vurğulayıb. (Report)