11.03.2025, 04:29
AZ EN
11.12.2024, 16:55 194

Türkiyə və Ermənistan rəsmilərinin görüşü barədə yeni detallar

XƏBƏRLƏR
  • Türkiyə və Ermənistanın müvafiq qurumları arasında görüşün keçirildiyi rəsmən təsdiqlənib. Ötən ay iki ölkənin sərhədində keçirilən görüşdə tərəflər arasında razılıq da əlavə olunub.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan doğrudan da belə bir görüşün keçirildiyini rəsmi şəkildə açıqlayıb:“Görüşdə Axurik dəmir yolu sərhəd keçid məntəqəsinin bərpası üçün lazımi texniki ehtiyaclar qiymətləndirilirdi. Müzakirə müsbət və konstruktiv keçdi. Başqa detalları açıqlaya bilmərəm”.

“Hraparak” yazır ki, iki ölkənin nazir müavinləri və rəsmi nümayəndələri arasında danışıqlar bir neçə saat davam edib. Görüş zamanı Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə edilib. Yolun Ermənistandan buraxılış məntəqəsi məhz danışıqların baş tutduğu Şirak vilayətinin Axurik kəndindəndir.
Hələ Türkiyə ilə Ermənistan arasında yollar bağlanmazdan əvvəl bura sərhəd-keçid məntəqəsi olub. Ermənistanın şimal-qərbində yerləşən keçid məntəqəsi 1993-cü ilə kimi fəaliyyət göstərib,Türkiyə sərhədi bağlayıb.

Axurik kəndinin inzibati rəhbəri Marzpet Sərkisyan ona heç bir tapşırığın verilmədiyini deyib: “Kənd sərhəddən 2 kilometr məsafədə yerləşir. Mənə görüş barədə heç nə deyilməyib və dəmir yolu ilə bağlı da tapşırıq verilməyib. Yol kəndimizdən keçir, amma burada dayanacaq yoxdur, sadəcə xətlər var”.

Xatırladaq ki, bir neçə ay əvvəl Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Türkiyənin rəsmi təmsilçisi Serdar Kılıçın rəhbərlik etdiyi  nümayəndə heyətləri arasında keçirilən görüşündə sərhədlərin açılması üçün texniki ehtiyacların qiymətləndirilməsi barədə razılıq əldə olunmuşdu. Diplomatik pasporta sahib olanlar üçün sərhədlərin açılması da razılaşdırılıb. Lakin bu məsələ də hələ kağız üzərində qalıb.

Elxan SALAHOV

Oxşar xəbərlər