Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Razvedçik” jurnalına müsahibəsində bildirib.
"Azərbaycan və Ermənistan sülh nizamlanması üzrə ABŞ və Aİ-nin tövsiyələrinə o qədər də qulaq asmırlar. Bütün məsələləri müstəqil həll etməyə üstünlük verirlər", - S.Narışkin qeyd edib.
Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşmasında vasitəçilərə ehtiyac duymur və bu proses birbaşa ikitərəfli danışıqlar çərçivəsində səmərəlidir. Buna misal olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə razılaşmalar, həmçinin sərhədin demarkasiyası prosesinə başlanılması göstərilir. (Report)