Görüşdə İcma sədri indiki Ermənistan ərazisindən 300 minə yaxın Qərbi azərbaycanlının çıxarılmasının və onların hələ də geri qayıda bilməməsinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğunu vurğulayıb.
O bildirib ki, geri qayıdış öz ata-baba yurdundan çıxarılan azərbaycanlıların təməl hüququdur.
Öz növbəsində üzvü İr. X.Əbdül Həkim dünya ictimaiyyətinin bu ədalətsizliyə göz yummamalı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlarda və qurumlarda bu istiqamətdə müzakirələrin mümkün qədər çox aparılmasına dünya birliyi tərəfindən şəraitin yaradılmasının mühüm olduğunu vurğulayıb. (AZƏRTAC)