16.12.2024, 22:48
AZ EN
05.12.2024, 09:49 130

Simonyan: “Sülh danışıqları pozitiv mərhələdədir”

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan arasında sülh prosesi pozitiv mərhələdədir.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, sülh müqaviləsinin bir neçə bəndi ilə bağlı fikir ayrılıqları olsa da, müzakirələr davam edir: “Sülh danışıqları və razılaşdırılmamış bəndlər ətrafındakı proseslər dayanmır. Son iki ayda müəyyən irəliləyişlər də var. Sadəcə Qlobal İqlim Dəyişmələrinə dair sammitin (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar müəyyən fasilə yaranmışdı. Artıq o mərhələ də geridə qalıb, biz sülh danışıqlarının davam etməsinə pozitiv yanaşırıq. Müzakirələrdə müsbət dinamika müşahidə olunur”.

Xatırladaq ki. ötən ay Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının dekabr ayında davam edəcəyi açıqlanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər