01.12.2024, 21:16
AZ EN
29.11.2024, 17:46 125

Putini həbs etdirə bilməyən Paşinyan təlaş içərisində

XƏBƏRLƏR
  • Ermənistanın Rusiya prezidenti Vladimir Putinin həbsi barədə qərar çıxarmış Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması İrəvanı çıxılmaz vəziyyətdə qoyub. Çünki Ermənistanın da daxil olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələn ay İrəvanda keçirilməli olan toplantısında Rusiya prezidenti də iştirak etməlidir. Bu halda Roma Statutuna qoşulan Ermənistan Putuni həbs etməlidir. Ona görə də Baş nazir Nikol Paşinyan Rusiya prezidentindən xahiş edərək sammitin İrəvanda deyil, Sankt-Peterburqda keçirilməsini istəyib.

"Vətən səsi" xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Aİİ sammitinin quruma hazırda sədrlik edən rəsmi İrəvanın xahişi ilə 25 dekabrda Sankt-Peterburqda keçiriləcəyini elan edib. Həmin məlumatdean sonra Ermənistanın Xarici İşlər Nazirliyi Uşakovun açıqlamalarını təkzib edərək Ermənistanın belə bir xahişdə bulunmadığını bəyan edib. Nazirlik əlavə edib ki, Aİİ-nin mövcud qaydalarına görə, təşkilatın iclasınınona sədrlik edən üzv dövlətin ərazisində
keçirilməsi məcburi deyil. Buna görə də 8 may 2024-cü il tarixdə Moskvada keçirilmiş sonuncu iclas zamanı üzv ölkələrin rəhbərləri tərəfindən cari ilin dekabr ayına planlaşdırılan növbəti iclasın Sankt-Peterburqda təşkil olunması qərara alınıb.

“Hraparak” nəşri isə Aİİ sammitinin İrəvanda deyil, Sankt-Peterburqda keçirilməsi və Nikol Paşinyanın Rusiya prezidentinə xahişinin səbəbi barədə sensasion məlumat yayıb. Nəşr qeyd edir ki, Aİİ sessiyasının Sankt-Peterburqda keçirilməsini şəxsən Baş nazir Nikol Paşinyan xahiş edib. Səbəb isə odur ki, Ermənistan BCM-in Roma Statutuna qoşulub və buna görə də 17 mart 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putin haqda çıxardığı həbs qərarını icra etməlidir. Başqa sözlə, Aİİ sammiti İrəvanda keçiriləcəyi halda Putin Ermənistana səfər etməliydi. Bu zaman Putini həbs etməyə cəsarət etməyən rəsmi İrəvan ratifikasiya etdiyi Roma Statusunun tələblərini pozmuş olacaqdı. Bu mənzərədən qaçmaq üçün Paşinyan sammitin Peterburqda keçirilməsini xahiş edib.

Elxan SALAHOV

Oxşar xəbərlər