09.06.2025, 22:17
AZ EN
26.11.2024, 09:26 366

Ermənistan KTMT-nin Aşqabad görüşünü də boykot edir

XƏBƏRLƏR
  • Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək tədbirinə nümayəndə göndərməyəcək. Lakin rəsmi İrəvan həmin tədbirdə üz ölkələrin qəbul edəcəyi qərarların qəbul edilməsinin də əleyhinə deyil.

"Vətən səsi" xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi KTMT ilə əməkdaşlığı hələ ki, dondurmaqda davam edir və qurumun tədbirlərində, eləcə də planlaşdırılan sənədlərin qəbulunda hər hansı formada itirak etmir: "Təəssüf ki, erməni tərəfdaşlar həmin tədbirdə şəxsən iştirak etməkdən imtina etdilər. Eyni zamanda, onlar təsdiq edilməli olan bütün sənədlərin məhdud format adlandırılan formatda qəbul edilməsinə etiraz etmirlər”.

Qeyd edək ki, noyabrın 28-də Astanada KTMT-nin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası (zirvə görüşü) keçiriləcək. Ermənistan 2020-ci ildə 44 gün davam edən müharibədən bəri KTMT-nin tədbirlərini boykot edir. Pasşinyan hökuməti son 4 il ərzində təşkilatdan birdəfəlik çıxacağını elan etsə də, indəyədək bu istiqamətdə qəti addım atılmayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər