"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, yedəkli haubitsaların yeni partiya erməni hərbçilərinin ehtiyaclarına, o cümlədən erməni dilində interfeysə uyğunlaşdırılacaq.
Qeyd edək ki, Hindistan Müdafiə Tədqiqatları Qanadı (IDRW) əvvəllər bu silahdan 60 ədəd təhvil verildiyini açıqlamışdı.
Yeri gəlmişkən, Ermənistanın teleqram kanallarında hərbi maşınların hərəkətini əks etdirən görüntülər yayılıb. Əsgərləri daşıyan hərbi yük maşınlarının bəzilərinin haubitsaları yedəyinə aldığı görünür. İrəvandan hərəkətə başlayan kolonun hansı istiqamətə getdiyi açıqlanmır.
Elxan SALAHOV