21.11.2024, 19:46
AZ EN
21.11.2024, 13:10 75

İrəvan ABŞ-ın Azərbaycandakı səfirinin açıqlamasına cavab verdi

XƏBƏRLƏR
  • Ermənistanla Azərbaycan arasında sərhədyanı su ehtiyatlarının idarə edilməsi sahəsində rəsmi əməkdaşlıq yoxdur.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirinin Bakıda keçirilən COP29 sammitində çıxışı zamanı iki qonşu ölkənin sərhədyanı su ehtiyatlarının idarə edilməsi sahəsindəki vəziyyətə dair bəyanatını şərh edərkən bildirib. Rəsmi İrəvan cavabında onu da qeyd edib ki, Azərbaycanla Ermənistan arasında bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub.

Xatırladaq ki, ABŞ-ın Bakıdakı səfiri Mark Libbi bundan əvvəl Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işi barədə məlumat verib. BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında (COP29) çıxışında səfir ABŞ-ın bu işi dəstəklədiyini bildirib.

Elxan SALAHOV

Oxşar xəbərlər