Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin noyabrın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, bu işdə olan bütün manelərə baxmayaraq, Ermənistanla sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır.
“Sabah Azərbaycan xalqı 8 noyabr - Zəfər Gününü qeyd edəəck. Zəfər sayəsində Azərbaycanın əzəli torpaqlarının 30 illik işğaldan azad edilməsi tək bizim ölkə üçün yox, türk dövlətləri və dünya üçün də tarixi hadisədir”, - spiker əlavə edib. (Report)