Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova ümumilikdə, Avropa İttifaqının Cənubi Qafqazda fəallığının geosiyasi ambisiyalarla müəyyənləşdiyini gördüklərini bildirib: “Fikrimizcə, Aİ-nin real istəyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına heç bir aidiyyəti yoxdur. Deyərdim ki, bu, avropalıların “psevdo təşəbbüsü”dür. Bunlar daha çox utanmadan vasitəçiliyi özününküləşdirməyə bənzəyir, hansı ki, bunun altında heç nə yoxdur. Biz vasitəçi kimi işləyirik və bu iş konkret nəticələr verir, müvafiq olaraq tərəflər də bunu qiymətləndirir. Kimsə vasitəçi olmadan özünü vasitəçi kimi qələmə verirsə, görünür, onlar heç nə təklif etmək iqtidarında deyillər, lakin burada da özlərinin iştirakını göstərmək istəyirlər. Ümumiyyətlə, belə bir təəssürat var ki, Brüssel diplomatiya vərdişlərini itirib”. (APA)