13.12.2024, 18:33
AZ EN
01.11.2024, 14:46 254

Revanşist keşişi Moskvaya aparan səbəb...

XƏBƏRLƏR
  • Qırx dörd günlük müharibədən sonra Ermənistanda aylarla davam edən etiraz aksiyalarının təşkilatçısı kimi tanınan və Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi ilə seçilən Vazgen (Baqrat) Qalstanyan gözlənilmədən Rusiyaya səfər edib. Revanşist və irqçi keşişin qəfil səfəri Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayıb.

"Vətən səsi" xəbər verir ki, adı daha çox Rusiyameylli siyasi qüvvələrlə işbirliyində, xüsusən də keşmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla əməkdaşlıqda hallanan revanşist keşişin xüsusi tapşırıqlar əsasında Moskvaya getdiyi iddia olunur. "Hraparak” qəzeti yazır ki, Baş nazir Nikol Paşinyanın istefasını tələb edən Qalstanyanın heç bir məlumat yayılmadan bu gün səhər saatlarında Rusiya paytaxtına yola düşməsi müəyyən suallar doğrub.

“Dünən xəbər yayıldı ki, möhtərəm Baqrat tibbi müayinədən keçmək üçün 2 günlük xaricə getməlidir. Ancaq günün sonunadək onun hansı ölkəyə gedəcəyinə dair heç bir informasiya verilməmişdi. Bizdə olan məlumata görə, o, Moskvaya gedib. Hələ tam dəqiqləşdirilməmiş xəbərlərə inansaq, səfərin məqsədi Rusiyanın bəzi dairələri ilə görüşlərlə bağlıdır. Bizdə bu barədə məlumatlar var", - deyə erməni nəşri yazır.

Məqaldə o da bildirilir ki, son vaxtlar Ermənistandakı müxalifət nümayəndələrindən Moskvaya səfər edənlərin sayı çoxalıb. İddia olunur ki, son bir neçə həftədə, xüsusən də Gürcüstandakı seçkilərdən sonra , Kreml Ermənistana müəyyən maraq göstərməyə başlayıb. İndi Rusiyanın Azərbaycan və Gürcüstanla qarşlıqlı şəkildə inkişaf edən münasibətləri olduğu halda Ermənistanda vəziyyət xeyli fərqlidir və bu, Moskvanı narahat etməyə bilməz. Ona görə də Paşinyan hökuməti ilə anlaşa bilməyən Kreml Ermənistandakı müxalifət qüvvələri ilə əməkdaşlığa can atır.

"Hraparak” qəzeti qərbyönlü siyasətçilərin, habelə Moskvada biznesi olan və Paşinyan hökuməti ilə sıx əməkdaşlıq oliqarxların Rusiyaya girişinə qadağa qoyulmasına da diqqət çəkir. Bildirilir ki, "Sorosun deputatları" Samvel Aleksanyan və Xaçatur Sukiasyan da daxil olmaqla 40-a yaxın şəxsin Rusiyaya girişinə qadağa qoyulub: "Rəsmi Moskva Ermənistanda hakimiyyətə dəstək verən iri fiqurları - qərbyönlü siyasətçiləri və deputatları cəzalandırmaq qərarına gəlib. Bu addımlar Ermənistan hökumət dairələrində narahatlıq yaradıb".

Qəzet iddia edir ki, Ermənistandakı revanşist qüvvələrin hərəkatına rəhbərlik edən keşiş Vazgen (Baqrat) Qalstanyanın Moskvaya qəfil səfəri ilə qərbyönümlü fiqurların Rusiyaya girişinə qadağa qoyulması ilə hansısa bağlılıq var.

Elxan SALAHOV

Oxşar xəbərlər