12.07.2025, 11:48
AZ EN
31.10.2024, 18:32 275

Gürcü xalqı sülhü, sabitliyi və inkişafı seçdi

XƏBƏRLƏR
  • Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyasının qələbə çalması gürcü xalqının siyasi iradəsini əks etdirdi. Xalq ölkədə daxili qarşıdurma yaratmaq, hakimiyyətə öz əlaltılarını gətirmək istəyən dairələrin planlanlarını iflasa uğradaraq öz firavan gələcəklərinə, sülhə, sabitliyə və inkişafa səs verdi.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Dünyanın bir sıra bölgələrində dövlətlərə müdaxilə edən Qərb dairələrinin həmin ölkələri çox acı duruma saldığını qeyd edən deputat Ermənistanın da məhz bu cür dairələrin əlində bir alətə çevrildiyini və Qafqazdakı dövlətlərarası münasibətdə bunun açıq göründüyünü bildirib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın gürcüstanlı həmkarı İrakli Kobaxidzeyə yazdığı sönük təbrik məktubunda da aydın hiss olunurdu ki, seçkinin nəticələri onların gözləntilərini doğrultmayıb. Qərb dairələri çalışırdı ki, eyni ssenarini Gürcüstanda da həyata keçirsin və öz əlaltılarını hakimiyyətə gətirərək regionda müdaxilə təsirlərini gücləndirsin. Lakin gürcü xalqı buna imkan vermədi və həmin dairələrin gözləntilərini puça çıxardı”, - deyə S.Mikayılova qeyd edib.

O vurğulayıb ki, Gürcüstanda yaşayan soydaşlarımız da seçki prosesində xüsusi aktivlik nümayiş etdirərək sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər.

“Soydaşlarımızın yaşadığı bölgələrdə seçici aktivliyi yüksək səviyyədə oldu. Onlar doğru yolda olan hakim partiyaya dəstək göstərərək sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsinə səs verdilər. Hesab edirəm ki, bundan sonrakı dövrdə Gürcüstanda sabitlik daha da möhkəmlənəcək və inkişaf daha intensiv xarakter alacaq. Azərbaycanla Gürcüstan arasında hər zaman yüksək səviyyəli və mehriban qonşuluq münasibətləri mövcud olub. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə təbrik məktubu və onu Azərbaycana dəvət etməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənəcəyinə əminlik yaradır”, - deyə deputat əlavə edib. (AZERTAC)

Oxşar xəbərlər