"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti məlumat yayıb. Bildirilir ki, Paşinyan yayda Ermənistan Demokratiya Forumu zamanı Avropa Birliyinə (AB) üzvlüklə bağlı referandumun keçiriləcəyini söyləşdi. O, açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın həmin beynəlxalq quruma üzvlüklə bağlı müraciət etmək üçün əvvəlcə referenduym keçirilməlidir: "Çünki bu qayda Ermənistanın əsas qanununun tələbidir. Xalq da AB-yə üzvlüyün tərəfdarıdır. İndi isə hökumət xalqın rəyini bildiyindən referendum keçirməyə ehtiyac görmür. Paşinyanın bəyanatına əsaslansaq, AB-yə üzvlük məsələsinə dair təşəbbüs parlamentdə çoxluq təşkil edən iqtidar partiyası tərəfindən rədd ediləcək. Prosedura görə, parlament parlamentdənkənar qüvvələrin bu təşəbbüsünü rədd edərsə, o zaman onlar 300 min imza toplayıb eyni gündəmlə yenidən parlamentə müraciət edə bilərlər”.
Avropa partiyasının sədri Tiqran Xzmalyan deyib ki, Ermənistanın AB-yə üzvlüyü ilə bağlı referendumun keçirilməsi üçün lazım olan 50 min imza toplanıb. Onun sözlərinə görə, gələn həftə Mərkəzi Seçki Komissiyası nəticələri təsdiqlədikdən sonra sənədi parlamentə təqdim ediləcəklər: "Toplamanmış imzaların həqiqiliyini yoxlamaq üçün sənədlər noyabrın əvvəlində parlamentə veriləcək. Yekun nəticələrin necə olacağı isə Mərkəzi Seçki Komissiyasının işə ciddi yanaşmasından asılıdır. Komissiya bundan imtina edə bilməz. Lakin hər şey hökumətin özünün siyasi prooritetlərə və gələcək inkişafa yanaşmasından asılı olacaq".
“Joqovurd” qəzetinin yazdıqlarından belə anlaşılır ki, Nikol Paşinyanın ölkəsinin AB-yə üzlüklə bağlı referendum keçirmək fikrindən geri çəkilməsi rəsmi İrəvanın son həftələr Rusiya ilə münasibətlərdə müşahidə olunan yaxınlaşmanın nəticəsidir.
Elxan SALAHOV