Tədbirdə Baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak edirlər.
Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilir.
Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub. (Report)