09.06.2025, 02:30
AZ EN
27.09.2024, 15:41 234

Türkiyə Prezidenti: Paşinyanın Azərbaycanla normallaşma prosesinə müsbət yanaşdığını gördüm

XƏBƏRLƏR
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nın 79-cu sessiyası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla baş tutmuş görüşündən danışıb.

Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

“Mən Paşinyanın bu məsələyə müsbət yanaşmasını gördüm. Bilirəm ki, Azərbaycanda da bu məsələyə münasibət eynidir. İki ölkə problemi həll edərlər”, - Ərdoğan qeyd edib. (APA)

Oxşar xəbərlər