09.06.2025, 07:42
AZ EN
29.10.2024, 17:36 204

Erməni yalanına haqq qazandıran radio bağlanıb

XƏBƏRLƏR
  • Türkiyədə fəaliyyət göstərən “Açık Radio”nun yayımına qadağa qoyulub. Buna səbəb həmin radio vasitəsilə yayımlanan verilişlərin birində qondarma "erməni soyqırımı" iddialarına haqq qazandırılması olub.

"Vətən səsi" xəbər verir ki, Türkiyənin Radio-Televiziya Şurası dünən “Açık Radio”nun fəaliyyətinin dayandırılması və bu qərara gətirib çıxaran səbəblə bağlı açıqlama yayıb. Bildirilir ki, bu il aprelin 24-də “Açık Radio”nun proqramında “erməni soyqırımı” ifadəsi işlədilib. Bununla əlaqədar həmin proqramın yayımının dayandırılması ilə bağlı “Açık Radio”n rəhbərliyinə 5 dəfə xəbərdarlıq olunub. Həmçinin erməni yalanlarına haqq qazandırdığına görə radioya pul cəzası verilib. Bununla belə, radio Şuranın qərarıını icra etməyib. Cərimənin ödənilməsi ilə bağlı rəsmi qaydada müəyyən edilmiş vaxt başa çatsa da, inzibati tələb yerinə yetirilməyib. Bu səbəbdən də “Açık Radio”nnun lisenziyası ləğv edilib.

Radio-Televiziya Şurasnın yaydığı məlumatda 1915-ci il hadisələri üçün radioda “soyqırımı” və “qırğın” ifadələrinin işlədildiyi, habelə proqramın moderatoru tərəfindən bunu düzəltməyə cəhd edilmədiyi vurğulanıb.

Türkiyədəki müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl erməni yalanına haqq qazandıran radionun müdafiəsinə xalxıb. O, Türkiyə Radio-Televiziya Şurasının qərarı ilə bağlanan “Açık Radio”nun redasksiyasına gələrək dəstəyini nümayiş etdirib.  CHP lideri redaksiyada hakimiyyəti sərt tənqid edərək, radionun bağlanması qərarını “siyasi sifariş” adlandırıb.

Özəlin qondarma soyqırımı dəstəkçilərinin yanında olması birmənalı qarşılanmayıb.Hətta ölkənin digər müxalifət liderləri onu  “Açık Radio”nu müdafiə etdiyinə görə mqınayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər