Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib. Səfir bildirib ki, Türkiyə tərəfi Laçının gec də olsa geri alınmasını Azərbaycanın ərazi bütövlüyü baxımından yüksək qiymətləndirir.
C. Bağçı Ankaradan birbaşa Füzuli Hava Limanına gəlmələrindən də bəhs edib. O səfərin çox həyəcanverici olduğunu deyib və bu cür səfərlərin davamlı olcağına ümid edib. (APA)