Bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında deyib.
O deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan əleyhinə hazırlanmış planları alt-üst edib. Bugünkü Azərbaycan Ulu Öndərin Vətən və xalq naminə fədakarlığının parlaq ifadəsidir.
“Ümummilli Liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət bu gün Azərbaycanı zirvələrə yüksəldib. Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib”, - deyə S.Qafarova qeyd edib. (AZƏRTAC)