19.10.2024, 19:24
AZ EN
09.10.2024, 20:20 124

Malayziya səfiri: COP29-da Azərbaycanla birgə işləməyə hazırıq

XƏBƏRLƏR
  • Bakıda Malayziyanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə çıxış edən Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza deyib ki, ölkələrimiz BMT, Qoșulmama Hərəkatı va İslam Əməkdaşlıq Təşkilatı kimi platformalar vasitəsilə çoxtərəfli əməkdașlığı davam etdirir.

"COP29 yaxınlaşdıqca biz ətraf mühitin qorunması üzra səylərimizin qlobal məqsədlərə uyğunluğunu təmin edərək Azərbaycan və onun iqlim fəaliyyətinə dair gündəliyi ilə birgə işləməyə sadiqik", - o bildirib.

Səfir qeyd edib ki, 1986-cı ildən Azərbaycan Malayziya Texniki Əməkdaşlıq Proqramında (MTCP) iştirak edir:

"Bu günə qədər 265 azərbaycanlı MTCP məzunu müxtəlif kurslardan faydalanıb. Azərbaycanlı tərəfdaşlarla əməkdaşlığımız sayəsində biz bu yaxınlarda bir çox azərbaycanlı bloger, və səyahət agentlari üçün Malayziyanın gözəlliyini və müxtəlifliyini nümayiş etdirən tanışlıq səfəri təşkil etdik".

O vurğulayıb ki, Malayziya 2025-ci ildə Cənub-Şərqi Asiya ÖIkələri Assosiasiyasına (ASEAN) sədrlik edəcək: "Sədr kimi hədəfimiz ASEAN-ı dialoq, diplomatiya və xoşməramlılıq yolu ilə birlik mərkəzi kimi gücləndirməkdir". (Report)

Oxşar xəbərlər